Azərbaycan yığmasının oyunları təxirə salındı
29 Oktyabr 2012 15:50 İdman17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının bu gün Avstriya komandası, oktyabrın 31-də isə İsveç yığması ilə keçirməli olduğu oyunlar hava şəraiti ilə bağlı təxirə salınıb.
Avstriya - Azərbaycan oyunu oktyabrın 30-da, İsveç - Azərbaycan qarşılaşması isə noyabrın 1-də keçiriləcək. Oyunların başlanma vaxtında dəyişiklik edilməyib.
Yığmamızın qrupda ilk oyunu Bakı vaxtı ilə saat 18:00-da, növbəti qarşılaşma isə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, yığmamızın çıxış edəcəyi 6-cı qrupun oyunları Avstriyada təşkil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31