"Neftçi" rəhbərliyi istefa verdi
Buna səbəb “ağ-qaralar”ın 7 oyunda 3-cü dəfə meydanı başıaşağı tərk etməsi olub
29 Oktyabr 2012 10:12 İdmanAzərbaycan Premyer Liqasının hesabat turunda "Rəvan"a 0:2 hesablı məğlubiyyətdən sonra "Neftçi" rəhbərliyi istefa verib. Apasport.az saytının məlumatına görə, buna səbəb "ağ-qaralar"ın keçirdiyi 7 oyunda 3-cü dəfə meydanı başıaşağı tərk etməsi olub. "Neftçi" "Rəvan"la oyundan öncə Avroliqada "Rubin"ə uduzmuşdu.Xatırladaq ki, "Neftçi" 12 xalla turnir cədvəlində "Rəvan" və "Xəzər Lənkəran"la 6-8-ci yerlərə şərikdir. Onlar Avropa Liqasında isə hələlik 1 xal toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31