Bakıda “Formula 1”də qəza - Yanğın söndürüldü
27 Oktyabr 2012 23:16 İdmanBakıda keçirilən "City Challenge" yarışları zamanı "Korvet" markalı avtomobilin pilotu idarəetməni itirib, nəticədə avtomobil maneələrə çırpılıb.Trend-in məlumatına görə, sonra avtomobildə yanğın baş verib, lakin pilot xəsarət almadan dərhal maşından çıxa bilib.Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.Qeyd edək ki, bu gün Bakıda "City Challenge" yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışlarına start verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31