Bakıda möhtəşəm idman yarışları başlanıb

Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub.Bakıda keçirilən "GT3 və klassik Formula-1" yarışları çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün möhtəşəm əyləncəli proqram təşkil olunub.Trend-in məlumatına görə, Almaniyadan gələn qrupun təşkil etdiyi və "Ürəklər körpüsü" adlanan proqramda uşaqlar üçün oyunlar keçirilib. Uşaqlar rəngli toplarla oyunlar oynayıb, müxtəlif fiqurlar düzəldiblər. Həmçinin sehirli nağıl qəhrəmanı Theo Tintenkleckslə "xəzinə axtarışına" çıxıblar.Uşaqlar üçün təşkil olunan bu proqram oktyabrın 28-dək davam edəcək. Oktyabrın 28-də isə xüsusi qonaq amerikalı müğənni Gordon Gathererin iştirakı ilə "Theonun istedadlar müsabiqəsi" keçiriləcək və qaliblərə kiçik hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, bu gün Bakıda "City Challenge" yarışlarına start verilib.

Bu gün City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilib. Oktyabrın 27-də təsnifatlandırma sessiyası və sprint yarışlar olacaq. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

---------
13:08

Bu gün Bakıda "City Challenge" yarışlarına start verilib.

Trend-in məlumatına görə, bu gün City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilir. Oktyabrın 27-də təsnifatlandırma sessiyası və sprint yarışlar olacaq. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

----------
11:16

Trend-in məlumatına görə, yarışların startına Azadlıq Meydanından verilib. Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Qeyd edək ki, oktyabrın 25-də yarışda iştirak edəcək avtomobillərin paradı keçirilib.

Yarış avtomobilləri ilk öncə Azadlıq Meydanının qarşısında nümayiş etdirilib. Sonra avtomobillər onlara ayrılan marşrut üzrə - dəniz kənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara hərəkət ediblər.

Dünən Kempinski Hotel Badamdarda yarışla bağlı keçirilən mətbuat konfransında "City Challenge" yarışlarının icraçı direktoru Helmut Beyer bildirib ki, yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək və bütün diqqət Bakıya yönələcək.

Qeyd edək ki, dünən daha öncə yarış avtomobillərinin pilotları avtoqraf veriblər. Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.

Xatirladaq ki, yarışlar oktyabrın 27 və 28-də də davam edəcək.

Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31