Planetin ən varlı klubları (Siyahı)
“Forbes” jurnalı dünyanın ən varlı iyirmi klubunun adını açıqlayıb
19 Aprel 2012 12:58 İdmanİngiltərənin "Mançester Yunayted" klubu nüfuzlu "Forbes" jurnalının versiyasına görə, ötən il olduğu kimi bu ildə planetin ən varlı klubu seçilib. ANS PRESS-in məlumatına görə, Mançester təmsilçisinin sərvəti 2,2 milyard dollar həcmindədir. Madridin "Real" klubu dünyanın ən varlı klublarının siyahısında ikinci yeri (1,87 milyard dollar), "Barselona" isə (1,3 milyard) üçüncü pilləni tutub.
Dünyanın ən varlı 20 klubunun siyahısını təqdim edirik:
1. "Mançester Yunayted" - 2,2 milyard (+20 faiz ötən ilki göstərici ilə müqayisə),
2."Real" - 1,87 milyard (+29 faiz),
3. "Barselona" 1,3 milyard (+34 faiz),
4. "Arsenal" - 1,29 milyard (+8 faiz),
5. "Bavariya" - 1,23 milyard (+18 faiz),
6. "Milan" - 989 milyon (+18 faiz),
7. "Çelsi" - 761 milyon (+16 faiz),
8. "Liverpul" - 619 milyon (+12 faiz),
9. "Yuventus" - 591 milyon (-8 faiz),
10. "Şalke" - 587 milyon (+56 faiz),
11. "Tottenhem" - 564 milyon (+37 faiz),
12. "İnter" - 490 milyon (+11 faiz),
13. "Mançester Siti" - 443 milyon (+52 faiz),
14. "Borussiya" (Dortmund) - 394 milyon (+52 faiz),
15. "Lion" - 385 milyon (+8 faiz),
16. "Hamburq" 355 milyon (+4 faiz),
17. "Roma" 354 milyon (+38 faiz),
18. "Marsel" - 349 milyon (+26 faiz),
19. "Valensiya" 288 milyon,
20. "Napoli" 283 milyon.