Danışılmış oyunda iştirak edən futbolçuya ömürlük diskvalifikasiya
17 Mart 2016 18:27 İdmanXorvatiyalı futbolçu Saşa Mus sərt cəzaya məruz qalıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi futboldan ömürlük uzaqlaşdırılıb. Buna Musun 2013-cü ildə Honkonqda danışılmış oyunda iştirak etməsi səbəb olub. Həmin matçın danılmış olduğu təsdiqləndikdən sonra Mus Honkonq Futbol Federasiyası tərəfindən diskvalifikasiya olunmuşdu. Daha sonra Çin və Rusiya klublarında çıxış edən müdafiəçiyə növbəti ağır cəza FİFA-dan gəlib. Məsələ ilə bağlı araşdırma aparan ali futbol qurumu xorvatiyalı oyunçunun danışılmış oyunda, həqiqətən, iştirak etdiyini təsdiqləyib. Nəticədə Saşa Mus futboldan ömürlük diskvalifikasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31