“İnter” Sxadadze ilə müqaviləni UEFA-ya göndərdi

"İnter" borclu olduğu bütün futbolçularla problemini yoluna qoyub. Bu barədə apasport.az saytına məlumatı klubun meneceri Aleksey Barvinski verib. FİFA-lıq olduğu oyunçuların hamısı ilə anlaşan "bankirlər"də yalnız Baçana Sxadadze ilə dil tapmaq müşkülə çevrilmişdi. Lakin sabiq hücumçu ilə də borcun ödənilməsində razılıq əldə edilib. Gürcüstanlı oyunçu pul məsələsində paytaxt təmsilçisinə güzəştə gedib. Bu barədə UEFA-nı məlumatlandıran "İnter" rəhbərliyi indi ordan gələcək qərarı gözləyir.

Qeyd edək ki, UEFA futbolçulara borclu olduğundan "İnter"ə xəbərdarlıq etmiş və bunun bir hissəsinin ödənilməsi üçün kluba martın 11-nə qədər vaxt vermişdi. Qitə futbol qurumu yaxın günlərdə Bakı komandası ilə bağlı yekun qərarını açıqlayacaq. Təmsilçimiz bu məsələdə günahkar hesab edilsə, bir il müddətinə avrokuboklardan uzaqlaşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31