"Qarşılaşmaq istəmədiyim yeganə komanda "Barsa"dır"
17 Mart 2016 15:02 İdman"Barselona" ardıcıl ikinci mövsüm Çempionlar kubokunu qazanmaq yolunda daha bir addım atıb. Katalonlar 1/8 final mərhələsində "Arsenal" səddini asanlıqla keçiblər. Goal.az-a istinadən xəbər verir ki, "Barsa"nın baş məşqçisi Luis Enrike oyundan sonrakı açıqlamasında turnirin ən böyük favoriti kimi öz komandasını qeyd edib. "Püşkatmanın istənilən nəticəsindən razı qalacam. Qarşılaşmaq istəmədiyim yeganə rəqib "Barselona"dır. Xoşbəxtlikdən, bu komanda ilə üzləşməyimiz mümkün deyil. "Bavariya"nı növbəti mərhələyə çıxaran Qvardiolanı da təbrik edirəm. Onun komandaları heç vaxt təslim olmurlar. Əminəm ki, "Yuventus" üzərindəki qələbənin əsas memarı məhz odur. "Bavariya" və "Yuventus" turnirin iki favoriti idi. Rəqiblərimizdən biri sıradan çıxdı. Bu, yaxşı xəbərdir".