Con Makinroy: “Mərc gələrəm ki, Şarapovanı cəzalandırmayacaqlar”
17 Mart 2016 14:42 İdmanBir vaxtlar dünyanın birinci raketkası olmuş məşhur amerikalı tennisçi Con Makinroy əmin olduğunu bildirib ki, Mariya Şarapova dopinq qalmaqalına görə cəzalandırılmayacaq. Virtualaz.org İsveçdə dərc olunan "Aftenbladet" nəşrinə istinadən xəbər verir ki, müxbirin müvafiq sualını cavablandıran 57 yaşlı Makinroy deyib: "Mərc gələrəm ki, Şarapovanı cəzalandırmayacaqlar". Keçmiş tennisçi fikrini belə əsaslandırıb ki, Mariya Şarapova dünya tennisinə çox lazımdır. Xatırladaq ki, ABŞ-da yaşayan rusiyalı tennisçi Mariya Şarapova mətbuat konfransı təşkil edərək, qadağan olunmuş mildronat preparatının qəbuluna görə dopinq-testinin müsbət nəticə verdiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31