İdmançılarımız Avrasiya çempionatında

Bakı şəhərində Juboksinq-Citsu döyüş növü üzrə Avrasiya Çempionatı keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışda Astara rayonunu Universal döyüş növü üzrə idman ustalığına namizəd Fərziyev Təvəkkül və Karate üzrə IV dan Qara kəmər sahibi Əliyev Nəzərəlinin rəhbərliyi ilə 6 idmançımız təmsil ediblər. Yarışda 30 kq çəki dərəcəsində Mirtalıbov Mirəli III və 35 kq çəki dərəcəsində Norvuzov Rüstəm II yerlərə layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31