Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
17 Mart 2016 14:06 İdman29 mart - 3 aprel tarixlərində Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq. Yığma komandalarımız çempionata hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Təlim-məşq toplanışında ümumilikdə 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb. Çempionatın proqramına əsasən, 29-30 martda yunan-Roma, 31 mart - 1 apreldə qadın, 2-3 apreldə isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Xatırladaq ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31