Azərbaycan vətəndaşlığından imtina edən futbolçu Rusiyada döyüldü VIDEO
17 Mart 2016 13:32 İdmanÖtən ilin sonunda Azərbaycan vətəndaşlığından imtina edən millimizin sabiq futbolçusu Abdulla Abaçiyev Rusiya çempionatında oyun zamanı döyülüb. Virtualaz.org Rusiya KİV-nə istinadən xatırladır ki, əvvəllər Bakının "İnter" klubunun heyətində çıxış edən futbolçu hazırda Armavirin "Torpedo" komandasının şərəfini qoruyur. Bu komanda Rusiyanın birinci divizionunda mübarizə aparır. Çempionatın sonuncu turunda səfərdə "Torpedo" klubu "Sibir" ilə qarşılaşıb. Oyunun sonunda futbolçular arasında qarşıdurma yaşanıb. 37 nömrəli forma ilə meydana çıxan Abaçiyev əvvəlcə qarşıdurmada iştirak etməyib. Lakin sonradan o qaçaraq "Sibir"in futbolçunu vurub. Buna cavab olaraq, meydan sahibinin futbolçuları ona üz nahiyəsindən xəsarət yetiriblər. Məsələyə "Torpedo" klubunun baş məşqçisi Valeri Karpin də qarışıb.
Qeyd edək ki, Abdulla Abaçiyev iki ölkənin - Rusiya və Azərbaycanın vətəndaşıdır. "İnter"dən ayrılan zaman o, legioner hesab edilməmək üçün Azərbaycan pasportundan imtina etdiyini bildirmişdi.