Tramp öz partiyasını qiyamla hədələdi
17 Mart 2016 11:50 İdmanABŞ-da prezidentliyə namizəd respublikaçı Donald Tramp praymerizdə uğurlarına baxmayaraq, partiyasının ona nominasiya verməkdən imtina edəcəyi halda tərəfdarlarının qiyamı ilə hədələyib.
Qeyd edək ki, bundan əvvəl bəzi respublikaçılar seçicilərin deyil, partiya liderlərinin səs verəcəyi seçkiöncəsi qurultay zamanı namizədi seçəcəklərini demişdilər. Milli.Az faktxəbər-ə istinadən bildirir ki, Tramp nominasiya üçün vacib olan 1237 nümayəndənin dəstəyini almayacağı təqdirdə belə bir variant mümkündür. Hələ ki, onun qurultaya kimi bu mərhələni keçə bilib-bilməyəcəyi məlum deyil. Milyonlarla insanı təmsil etdiyini bildirən Tramp isə CNN telekanalının efirində onların çoxunun ilk dəfə səs verəcəyini də vurğulayıb: "Onları səsvermə hüququndan məhrum etsələr... Düşünürəm ki, elə problemlər yaranacaq ki, hələ heç kəs görməyib".
Qeyd edək ki, Tramp hələ ki, 646 nümayəndənin dəstəyini əldə edə bilib.