"Qəbələ" nigeriyalı futbolçu ilə müqavilə bağlayır

Ukraynanın "Olimpik" (Donets) klubunun sabiq futbolçusu İsa Şerif "Qəbələ"də baxışdadır. Report-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan klubu ilə müqavilə imzalamağa gəlib. Onun keçidi azad agent kimi gerçəkləşəcək. Bu halda, baş məşqçi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış etmiş 10-cu futbolçunu hazırkı komandasına cəlb edəcək. "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı açıqlamasında İ.Şerifin hazırda baxışda olduğunu bildirib. Onun sözlərinə görə, hələ müqavilə ilə bağlı qərar verilməyib. Yaxın günlərdə məsələ dəqiqləşəcək".

Qeyd edək ki, İsa Şerifin "Olimpik"lə müqaviləsi dekabrda başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31