Nazim Babayev Azərbaycanı dünya çempionatında təmsil edəcək

Uzunluğa tullanma üzrə idmançımız - Nazim Babayev ABŞ-da yüngül atletika üzrə dünya çempionatında iştirak edəcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışların keçirilmə yeri "Oregon Convention Center" olacaq. O, 2012-ci ildən başlayaraq beynəlxalq yarışlarda iştirak edir. Həmin il Asiya Oyunlarında iştirak edib və 13,92 m. nəticəylə ikinci yeri tutub. O, həmçinin 2014-cü ilin Olimpiya Oyunlarının mükafatçısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31