""Barselona"nın məşqçisi olmaq üçün pul verməyə hazıram"

"Southampton"un baş məşqçisi Ronald Kuman 1992-ci ildə "Barselona"nın heyətində çempionlar kubokunu başı üzərinə qaldırıb. Hollandiyalı mütəxəssis katalon klubunda məşqçi kimi çalışmaq imkanı olduğunu da qeyd edib. Goal.az xəbər verir ki, Kuman bunları deyib: "Bu futbolçulara rəhbərlik etmək üçün özüm pul verməyə hazıram. Belə oyunçulara malik olmaq möhtəşəmdir. Onlara çox şey öyrətməli olmursan da. Hər biri nə edəcəyini dəqiq bilir. Məşqçi sadəcə onları birlikdə oynadır və qarşılıqlı hörməti təmin edir. Luis Enrikenin nail olduğu məhz budur. 2003-cü ildə Joan Laportanın məni "Barselona"ya gətirmək istədiyi doğrudur. Amma onlar "Ajax"la razılığa gələ bilmədilər və baş məşqçi postuna Frank Raykaardı gətirdilər. "Barselona" və mənim üçün hər şey fərqli ola bilərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31