Eddi İsrafilov millinin toplanışında iştirak etməyəcək
16 Mart 2016 18:30 İdmanEddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Trend AFFA-nın saytına istinadən məlumat verir ki, E.İsrafilovun çıxş etdiyi "Kordoba" klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib. Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31