Arsen Venger: ""Arsenal"ı mən yaratmışam"
16 Mart 2016 19:28 İdman"Arsenal"ın baş məşqçisi Arsen Venger ona edilən tənqidlərə münasibət bildirib. Qol.az xəbər verir ki, tənqidləri qəbul etməyən təcrübəli mütəxəssis bildirib ki, London klubunu hazırkı səviyyəyə özü gətirib: "Mən çox çalışaraq, heç bir maliyyə mənbəyi olmadan, heç kimdən kömək istəmədən hazırkı "Arsenal"ı yaratmışam. "Arsenal"da işləmədən öncə bu klubun durumunu hər kəs bilir. Kimsədən pul alaraq bu klubu böyütməmişəm. İlk gündən özümə hər zaman inanmışam. "Arsenal"ı daha da gücləndirmək üçün çalışıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31