Azərbaycan alpinistlərinin Şahdağda təlim-məşq toplantısı keçiriləcək
23 Oktyabr 2012 18:37 İdman25 oktyabr-4 noyabr tarixləri arasında Azərbaycan Alpinizm Federasiyası (AAF) Şahdağ dağlıq ərazisində alpinizm üzrə təlim-məşq toplantısı keçirtməyi nəzərdə tutur.
Təlimlərdə həm təcrübəli, həm də gənc idmançıların iştirakı gözlənilir. Toplantı AAF-ın alpinizm üzrə təcrübəli təlimatçılarının nəzarəti altında keçiriləcək.
Təlim-məşq toplantısı proqramı çərçivəsində Bazaryurd (4126 m), Qızıl Qaya (3751 m), Tufandağ (4191 m) zirvələrinə dırmanma planlaşdırılır. Sözügedən tədbirdə "Nikoil", "Respublika Alpinist-Turist klubu", "İrbis", "Qartal" klublarından 24 idmançı iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31