Kasilyas əfsanəvi həmkarından yazdı
23 Oktyabr 2012 20:56 İdmanMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Real" Madridin və İspaniya yığmasının bir nömrəli qapıçısı İker Kasilyas Facebook səhifəsində əfsanəvi qapıçı Lev Yaşin barədə yazıb:
"Bu gün Lev Yaşinin 83 yaşı tamam olacaqdı. "Qara əqrəb" yeganə qapıçıdır ki, futbol tarixində ilk dəfə olaraq 1963-ci ildə "Qızıl top"a sahib olub. Futbolu sevənlər üçün Lev həmişə sağdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31