Zidan: ""Real"dan ayrılmağımın səbəbi..."
22 Oktyabr 2012 19:23 İdmanFransa futbolunun əfsanələrindən Zinəddin Zidan "Real"da idman direktoru vəzifəsindən ayrılmasının səbəbini açıqlayıb.Sportal.az xəbər verir ki, sabiq futbolçu verdiyi açıqlamada məşqçi olmaq üçün komandadan ayrıldığını söyləyib:"Mən "Real"da çox şey öyrənmişəm. Böyük və güclü komandada olduğumu başa düşürəm. Amma mən hər gün futbol meydançasında olmalıyam. Yaşıl meydandan kənarda qala bilmirəm. Ona görə də Fransaya qayıtmağa qərar verdim. Burda məşqçi diplomu almaq və təcrübəli mütəxəssis olmaq istəyirəm".
Mourinyoyla yaşadığınız problemə görə klubdan ayrıldığınız söylənilirdi sualına Zidan belə cavab verib:
"Mənim onunla heç vaxt problemim olmayıb. Əksinə, Mourinyoyla çox yaxşı münasibətim var. Ondan çox şey öyrənmək üçün əla imkanım vardı".