Beynəlxalq Dağçılıq Federasiyanın sabiq prezidenti Bakıdadır
11 May 2012 15:55 İdmanAzərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyanın (UİAA) sabiq prezidenti Mayk Mortimer 07-15 may 2012-ci il tarixlərində Bakıda səfərdədir.Səfər proqramı çərçivəsində M.Mortimerin bir sıra rəsmi qurumların məsul şəxsləri ilə görüşlər keçirəcəyi, həmçinin yeni inşa olunmuş "ClimBaku" idman dırmanma mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.Qeyd edək ki, M.Mortimer səfər zamanı Azərbaycanın, o cümlədən Bakının bir sıra görməli yerlərində olmuşdur.Eyni zamanda, qonaq, FAİREX-in ofisində federasiyanın aktiv idmançıları ilə görüşəcək. Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.