"Mançester Siti"nin hücumçusu "Yuventus"a keçir?
11 May 2012 14:56 İdman"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko yeni mövsümdən İtaliya A Seriyasında çıxış edə bilər.Qol.Az-ın "Transfermarketweb"ə istinadən verdiyi məlumata görə, bosniyalı futbolçu "Yuventus" klubunun maraq dairəsinə düşüb.Lakin Mançester təmsilçisi hələlik "Yuventus"un təklifinə cavab verməkdə tələsmir. Buna səbəb kimi isə Dzeko ilə daha bir neçə klubun yaxından maraqlanması göstərilir. Dzekonu daha yüksək məbləğə satmaq niyyətində olan "Mançester Siti" rəhbərliyi mövsümün sonuna gələcək bütün təklifləri dəyərləndirəcəyini açıqlayıb.Qeyd edək ki, "Yuventus"la yanaşı, "Bavariya" və "Borussiya" (Dortmund) klubları da Dzekonu transfer etməkdə maraqlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31