""Yuventus"un təklifi qürurvericidir, ancaq..."
11 May 2012 14:54 İdman"Bavariya" klubunun hücumçusu Aryen Robben "Yuventus"dan təklif almasına münasibət bildirib.Qol.Az-ın məlumatına görə, "Voetbal İnternational"a danışan hollandiyalı futbolçu karyerasını "Bavariya"da başa vurmaq istədiyini açıqlayıb:"Karyeramda ilk dəfə idi ki, bir komanda ilə müqavilə yeniləyirdim. Daha öncə mütəmadi olaraq klubumu dəyişirdim. Lakin son qərarım fərqli oldu. Məncə, bu vəziyyət hər şeyi açıqlayır. "Yuventus"un mənimlə maraqlanmasını bilirəm. Təbii ki, bu təklif mənim üçün qürurvericidir. Ancaq karyeramı "Bavariya"da başa vurmaq istəyirəm".Qeyd edək ki, 28 yaşlı futbolçu bir müddət öncə "Bavariya" ilə müqaviləsini daha 2 illik uzadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31