"Fortuna" Bundesliqa yolunda önəmli qələbə qazandı

Futbol üzrə Almaniya Bundesliqasına son vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Bundesliqanın yenicə başa çatan mövsümündə 16-cı yeri tutan "Hertha" ikinci Bundesliqadan gələn komandalardan biri ilə - "Fortuna" ilə pley-off matçı keçirmək məcburiyyətində qalıb.Bu komandalar arasındakı ilk görüş məhz "Hertha"nın meydanında baş tutub. Elita təmsilçisi aşağı liqadan gələn rəqibi ilə bacarmayıb. Hesabı meydan sahibləri açsalar da, fasilədən sonra əzmkar oyun nümayiş etdirən Düsseldorf təmsilçisi çətin səfərdən qələbə ilə ayrılmağı bacarıb.Beləcə, "Fortuna" bu qələbə sayəsində əsas Bundesliqaya yüksəlmək yönündə önəmli addım atmış olub. Bu komandalar arasındakı cavab görüşü mayın 15-də Düsseldorfda keçiriləcək. İki oyuna görə daha üstün olan tərəf yüksək liqada çıxış etmək şansı qazanacaq.

Almaniya Bundesliqası

Pley-off oyunu
10 may

Hertha - Fortuna - 1:2
Qollar: Hubnik, 19 - Bröker, 65, Ramos, 71-öz qapısına.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31