Azərbaycan alpinisti nüfuzlu beynəlxalq təşkilatın prezidenti oldu
19 Oktyabr 2012 13:34 İdmanOktyabrın 13-də Hollandiyanın paytaxtı Amstredamda keçirilən toplantıda Beynəlxalq Alpinizm və dağadırmanma Federasiyasının rəhbərləri və üzvləri toplaşıblar. Qeyd edək ki, indiyədək UİAA-da (Union İnternationale des Associations d'Alpinisme) 79 ölkə iştirak edirdi, bu il isə Kosta-Rika 80-ci ölkə kimi qatılıb.
Ümumi toplantıda UİAA-ya yeni prezident seçkiləri keçirilib. Prezidentlik postundan Mayka Mortimerin istefasından sonra 2011-ci ildə keçirilən toplantıda prezident postunu İspaniya Federasiyasının üzvü olan Jordi Colomer idarə etdi.75 yaşlı veteran Kolomer hollandiyalı Fritcem Vridjlant ilə (Frits Vrijlandt) UİAA-nın prezidenti postuna seçkidə rəqabət aparmışdılar. Gizli səsvermədə 5 səs üstünlüklə (18/24) gənc Vridjlant qalib gəlmişdi.
Amsterdam toplantısında 2 mühüm hadisə baş verdi. UIAA-nın gənclər komissiyasının prezidenti vəzifəsini iki dövr idarə etmiş Anne Arranın yerinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı seçildi.UIAA-nın gənclər komissiyası gənclərin həyatında alpinizmin geniş yayılmasına cavabdehdir. Komissiya tez-tez ARISF-lə (Association of IOC Recognised International Sports Federations - Beynəlxalq İdman Federasiyaları Assosiasiyası) və Beynəlxalq Olimpiya Komitəsiylə (BOK) əlaqədədir.
Digər önəmli hadisə isə "The North Face" biznes kompaniyası və UİAA-nın yazılı müqaviləsi olub. "TheNorthFace" 6 il buzadırmanma idman növünün sponsor olacaq. Komissiya buzadırmanma yarışını keçirməklə, onun yayılmasında cavabdeh olmaqla yanaşı, BOK-la əlaqədədir. İCCC-ya (Ice-Climbing Commission and Competitions) rəhbərliyi buzadırmanma üzrə məşhur alpinist Pavel Sabalin, ümumi katibliyi isə İsrafil Aşurlı idarə edib. İsrafil Aşurlı gənclər komissiyasının prezidenti seçilməsinə baxmayaraq, o, hər iki postu özündə saxlayıb.
Buzadırmanma bu gün ən dinamik yayılan idman növüdür ki, Qış Olimpiya Oyunlarına daxildir. Buzadırmanma 2014-cü ildə keçiriləcək Soçi olimpiadasına da daxil edilib.
UIAA-nın komandasının üzərinə alpinizm və dağadırmanmanın daha da uğurlu və geniş yayılması öhdəliyi düşüb.