Şok! Qadın futbolçu top yerinə rəqibinin başına vurdu VIDEO
Hadisəni törədən barədə açıqlama verən Petiola Manut hamıdan üzr istəyib
19 Oktyabr 2012 08:06 İdmanABŞ-ın Yuta ştatında qadınlar arasında keçirilən futbol qarşılaşmasında zorakılıq hadisəsi baş verib. Hadisə ştatın Solt-Leyk-Siti şəhərində keçirilən "Kollec liqi" qarşılaşmasında meydana gəlib. Məlumata görə, "East High" komandasının oyunçusu Petiola Manut rəqib "Woods Cross" komandasının oyunçusu Makenzi Klarkın üzünə dizi ilə qəsdən ağır zərbə vurub.Qeyd edək ki, hakimin baxış bucağının xaricində baş vermiş hadisə səbəbilə oyun dayandırılmayıb və aqressiv oyunçuya qırmızı kart göstərilməyib. Zorakılıq hadisəsinin video görüntülərinin meydana çıxmasından sonra isə həm məktəb, həm də liq rəhbərliyi baş verənlərin araşdırılacağını, hadisəni törədən oyunçuya cəza veriləcəyini açıqlayıb.Daha sonra hadisə barədə açıqlama verən Petiola Manut hamıdan üzr istəyib. "Çox çətin bir oyun idi. Bu oyunçu ilə şəxsi ədavətim yoxdur. Qarşılaşmanın gedişindən razı deyildim və adrenalinlə yüklənmişdim. Hər kəsdənm üzr istəyirəm"