Mixael Ballak həbs olundu

Bir müddət öncə futbolçu karyerasını başa vurmuş Mixael Ballak İspaniyada həbs edilib. Qol.Az-ın məlumatına görə, buna 36 yaşlı futbolçunun maşını ilə sürət həddini aşması səbəb olub.İspaniya yollarında maksimum sürət həddi saatda 120 km olduğu halda Ballak saatda 211 km sürətlə hərəkət edərək radara düşüb. Yol polislərini təhdid etdiyi üçün həbs olunan sabiq futbolçunun bu axşam məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Qeyd edək ki, Ballakın son klubu Leverkuzenin "Bayer" klubu olub. Təcrübəli futbolçu Almaniya millisinin heyətində keçirdiyi 98 oyunda 42 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31