14 yaşlı azərbaycanlı dünya çempionu oldu - FOTO

Moskvada yaşayan 14 yaşlı azərbaycanlı Yaşar Nağıyev karate üzrə dünya çempionu olub. Lent.az-ın məlumatına görə, Yaşar Yaponiyada keçirilən yeniyetmələr üzrə çempionatda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Məlumata görə, turnirdə 20 ölkənin idmançıları çıxış edirmiş. Yaşar Moskvada Sergey Fedotkinin rəhbəri olduğu "Samuray" idman klubunu təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31