AFFA baş məşqçini nalayiq hərəkətinə görə 20 oyunluq cəzalandırdı

Milli.Az xəbər verir ki, bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İclasda qərara alınıb ki, 13 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun "Şuşa" - "Energetik" matçında "Şuşa" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
14 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun "Şahdağ" - "Lokomotiv" matçında "Şahdağ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
14 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun VI turunun "Neftçala" - "Bakılı" matçında "Neftçala" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının "Şəmkir" - "Neftçi"İSM matçında "Şəmkir" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının "Baku Flames" - "Ekol" matçının 10-cu dəqiqəsində "Baku Flames" klubunun 2 №-li futbolçusu Saleh Əzizov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
12 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan çempionatının PSL - "Azekolab" matçının 25-ci dəqiqəsində PSL klubunun 7 №-li futbolçusu Ceyhun İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
14 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin "Neftçi"İSM - "Metro Air" matçının 29-cu dəqiqəsində "Metro Air" klubunun 10 №-li futbolçusu Mirzə Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır.

14 oktyabr 2012-ci il, futzal üzrə Azərbaycan birinciliyinin "Baku Fire" - "Fənərbağça" matçının 30-cu dəqiqəsində "Baku Fire" klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırılmışdır. Baş vermiş hadisəyə görə kluba aşağıdakı cəzalar tətbiq olunur:

- "Baku Fire" klubunun baş məşqçisi Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün 20 oyunluq cəzalanır və cəza müddəti başa çatana kimi oyun keçirilən arenaya buraxılmır. Adıçəkilən şəxsin peşəkar və ya həvəskarlar liqalarda məşqçi və ya futbolçu kimi fəaliyyəti cəza müddəti başa çatana kimi dayandırılır.

- "Baku Fire" klubunun məşqçisi Əşrəf Əliyev hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanır.

- Baku Fire" klubunun 8 №-li futbolçusu Rüfər Rzayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır.

- Baku Fire" klubunun 28 №-li futbolçusu Ümid Paşayev hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır.

- Baku Fire" klubunun 12 №-li futbolçusu İbrahim Zeynalov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanır.

- "Baku Fire" klubunun təqsiri səbəbindən oyun yarımçıq dayandırıldığı üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

- Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
14 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Metropoliten" - "Okean" matçının 22-ci dəqiqəsində "Okean" klubunun 22 №-li futbolçusu Hüseyn Feyzullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

14 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Akkord" - "Bolluq" matçının 42-ci dəqiqəsində "Akkord" klubunun 1 №-li futbolçusu Cəlal Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

13 oktyabr 2012-ci il, futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Sportinq" - MU matçında MU klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31