Cüdoçularımızdan 8 qızıl, 9 gümüş və 17 bürünc medal
15 Oktyabr 2012 18:29 İdmanQusarda keçirilən cüdo üzrə beynəlxaq dostluq turnirinə yekun vurulub.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, 1996-98-ci il təvəllüdlü cüdoçular arasında keçirilən beynəlxalq dostluq turnirinə Azərbaycanla yanaşı, Yunanıstan, Gürcüstan və qonşu Rusiyadan idmançılar qatılıb. Yarış Qusar Olimpia Kompleksində təşkil olunub. Oktyabrın 13-də startı verilən birincilik 2 gün davam edib. 233 cüdoçunun qatıldığı turnirdə idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda Azərbaycanı təmsil edən cüdoçular uğurlu nəticəyə imza atıblar. Belə ki, 10 çəki dərəcəsindən 8-də idmançılarımız mübarizəni qızıl medalla başa vurublar. Beləliklə, Azərbaycan bu nəticə ilə komanda hesabında turniri ilk pillədə başa vurub. Aktivində 2 qızıl medal olan Rusiya ikinci yerlə kifayətlənib. Azərbaycan digər medal əyarlarında da rəqiblərini geridə qoyub. 9 gümüş və 17 bürünc. Gürcüstan
cüdoçuları isə turniri 3-cü sırada tamamlayıb.
Yarışda qalib gələn idmançılara medal, diplom və digər qiymətli hədiyyələr, həmçinin pul mükafatları verilib.