Berti Foqts: Azərbaycan millisi Rusiya yığması ilə oyuna qələbə üçün çıxacaq
15 Oktyabr 2012 20:19 İdmanFutbol üzrə Azərbaycan milli komandası DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oyuna qələbə üçün çıxacaq. Trend-in məlumatına görə, bunu Moskvada keçirilən mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
"Rusiya yığmasının güclü rəqib olduğunu bilirik. Ona görə də futbolçularımız bilirlər ki, oyun asan keçməyəcək", - Foqts bildirib.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya - Azərbaycan oyunu oktyabrın 16-da, Bakı vaxtı ilə saat 20:00-da Moskva şəhərindəki "Lujniki" stadionunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31