"Mançester Yunayted"in futbolçusu qəzaya uğrayıb
15 Oktyabr 2012 13:45 İdmanMilli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted"in gənc yarımmüdafiəçisi Rayan Tanniklif polis tərəfindən yaxalanıb.BBC bildirir ki, oktyabrın 13-də 19 yaşlı sərxoş Tanniklif "Range Rover" markalı maşınını yük maşınına çırpıb və evin barısına "yapışıb".Qəza yerinə gələn polis Tanniklifin içkili olduğunu təsbit edib. Gənc futbolçu oktyabrın 25-də məhkəmədə hakim qarşısına çıxacaq.Qeyd edək ki, keçən ay Rayan ilk dəfə İngiltərə Liqa Kuboku uğrunda "Nyukasl"a qarşı ilk oyununa çıxmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31