Millimiz 4 qol vurdu

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası dünən növbəti yoxlama oyununu keçirib. Almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri bu il Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Latviya yığması ilə qarşılaşıblar. Ölkəmizin qonağı olan Baltikyanı ölkə təmsilçisi ilə 2 dəfə qarşılaşacaq yığmamız elə ilk oyunda qonaqları meydana çıxmağa peşman edib. Millimiz hər hissədə 2 qol vuraraq lənkəranlı azarkeşlərə qol şousu göstərib - 4:0. Millimizin qollarına Aysun Əliyeva (4), Sevinc Cəfərzadə (42-pen), Aliyə Vəliyeva (62), Süsən Məsimova (82) imza atıblar. Qeyd edək ki, millimiz dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Latviya yığmasıyla mayın 12-də yenidən qarşılaşacaq. Komandalar arasında növbəti oyun mayın 12-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31