Rusiya Kubokunun qalibi müəyyən oldu
10 May 2012 13:55 İdmanRusiya kubokunun yeni qalibi müəyyənləşib.Qol.Az-ın məlumatına görə, "Rubin" klubu tarixində ilk dəfə ölkə kubokuna sahib çıxıb.Kazan təmsilçisi həlledici oyunda Moskva "Dinamo"su ilə qarşılaşıb. Matçın taleyini isə bir qol həll edib. Oyunun 78-ci dəqiqəsində Roman Yeryomenkonun vurduğu qol "Rubin"ə qələbə qazandırıb - 1:0.Qeyd edək ki, "Rubin" 2009-cu ildə də finala çıxsa da, həlledici görüşdə CSKA-ya məğlub olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31