Avropada Cənubi Amerika rüzgarı

İspaniyanın "Atletiko" klubunun futbolçusu Radamel Falkao Avropa Liqasının final oyununun ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, digər İspaniya təmsilçisi "Atletik"lə qarşılaşmada (3:0) dubla imza atan kolumbiyalı finalın ən qiymətli oyunçusu seçilməklə kifayətlənməyib. Falkao həm də vurduğu qolların sayını 12-yə çatdıraraq turnirin ən məhsuldar futbolçusu olub. Qeyd edək ki, cənubi amerikalı hər 2 mükafatı ardıcıl 2-ci dəfədir qazanır. O, ötən mövsüm Portuqaliya təmsilçisi "Porto" ilə həm finalın ən yaxşısı seçilmişdi, həm də bombardir titulunu əldə etmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31