Bu gün 17 yaşlı qadınlararası Dünya çempionatı başa çatır VIDEO

FİFA-nın rəhbərliyi bu turnirin Bakıda təşkilindən razılığını bildirib

Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlardan biri 17 yaşlı qadınlararası Dünya Çempionatı bu gün başa çatır. Ali futbol qurumu olan FİFA-nın rəhbərliyi bu turnirin Bakıda təşkilindən razılığını bildirib.Sentyabrın 22-dən start götürən dünyanın 16 ölkəsindən ümumiliklə 304 futbolçunun qatıldığı futbol festivalına Fransa və Şimali Koreya milliləri arasında baş tutacaq final oyunuyla yekun vurulacaq. FİFA-nın qadın turnirlərin rəhbəri Tatyana Haenninin fikrincə, Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda təşkil olunan 17 yaşlı qadınlararası Dünya çempionatı Azərbaycanda qadın futbolunun inkişafına öz töhfəsini verəcək: "Azərbaycan yığmasının göstərdiyi nəticələrə baxmayaraq, bu miqyasda yarışın ölkənizdə keçirilməsi özü böyük uğurdur. Mənim fikrimcə, bu turnir həm regionda, həm də Cənubi Qafqazda qadın futbolunun inkişafına kömək edəcək. Turnirin keçirilməsində əməyi olan hər kəs gördüyü işlə fəxr edə bilər".Tatyana Haennin azərbaycanlı futbol azarkeşlərindən də razı qalıb: " Məncə, azarkeşləri stadionlara cəlb edənlərə təşəkkür düşür. Oyunlar zamanı gəncləri, məktəbli oğlan və qızları tribunalarda görmək olduqca xoş idi. Nəzərə alsaq ki, oyunların böyük əksəriyyəti Bakıda baş tutdu, o zaman hər oyuna çoxlu sayda tamaşaçının təşrif buyurması çətin məsələdir. Lakin, rəqəmlər və statistikada göstərilir ki, məhz Azərbaycanda keçirilən 17 yaşadək qızlararası dünya çempionatını rekord sayda tamaşaçı izlədi. Ümid edirəm, final oyununda da tribunalar dolu olacaq".Yerli təşkilat komitəsi final matçına xüsusi hazırlıq görüb.Qeyd edək ki, təşkilatçılar proqramda dəyişiklik edərək, dünya şöhrətli pop müğənni Şakiranın çıxışını final matçından sonraya salıbla

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31