UEFA prezidenti Şakiranı görməyə gəldi

UEFA-nın prezidenti Mişel Platini Bakıya gəlib."Qafqazinfo" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, prezidentin gəlişinin məqsədi bu gün keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final qarşılaşmasını izləməkdir.Həmçinin Burundi Futbol Federasiyasının prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera da Bakının qonağıdır. Qeyd edək ki, L.Nsekera Beynəlxalq Olimpiya Komitəsinin də üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31