Qvardiola təklifləri rədd edir
12 Oktyabr 2012 19:00 İdman"Barselona" klubunun sabiq baş məşqçisi Pep Qvardiolanın işsiz günləri davam edir.Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu mövsüm 3 komandadan təklif alıb.Qvardiola "Barselona"dan ayrıldıqdan sonra "Milan", "Çelsi" və Braziliya yığmasından təklif alsa da, heç bir komanda ilə razılığa gələ bilməyib. ABŞ-ın Nyu-York şəhərində istirahət edən Qvardiolanın bir neçə ildən sonra "Mançester Yunayted"də Ser Aleks Fergüssonu əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, 2009-cu ildə "Barselona" ilə Çempionlar Liqasını qazanan Pep bu mükafata sahib çıxan ən gənc mütəxəssisdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31