"Barselona" Azərbaycan çempionunu darmadağın etdi

Futzal üzrə UEFA kubokundakı təmsilçimiz elit-raund mərhələsində ikinci oyununu keçirib

UEFA kubokundakı təmsilçimiz "Araz" bu gün elit-raund çərçivəsində ikinci oyununu keçirib. ANS PRESS-in "Azerisport.az" saytına istinadən verdiyi məlumata görə, futzalçılarımız Sloveniyanın Lasko şəhərindəki "Tri Lilije" idman komleksində İspaniyanın "Barcelona" klubu ilə qarşılaşıb.

Xatırladaq ki, Joze Alesionun yetirmələri ilk oyununda yerli "Litija" klubu ilə üz-üzə gəlib. "Araz" ilk hissəsində üç cavabsız qol vurduğu oyunda gözlənilməz yenilgiyə üzülüb - 3:5.

Bu gün keçirilən oyunda isə Azərbaycan klubu böyük hesabla məğlub olub. Belə ki, "Araz" "Barselona"ya 1:7 hesabı ilə yenilib.

"Araz" - "Barselona" 1:7

Fernandao, 1 (0:1), Fərzəliyev, 4-аvt. (0:2), Aykardo, 5 (0:3), 16 (1:5) Lin, 8 (0:4), Məmmədkərimov, 15 (1:4), Torras, 29 (1:6), Vilde, 38 (1:7)

Xatırladaq ki, UEFA Kubokunun son qalibi olan "Barselona" ötən mövsümdə də "Araz"la qarşılaşıb və həmin oyunda tərəflər sülh bağlayıb - 2:2.

"Barselona" "Araz"dan öncə "MNK Split"ə (Xorvatiya) 18:0 hesabıyla qalib gəlib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31