Putin qara kəmər aldı
11 Oktyabr 2012 16:56 İdmanBeynəlxalq Cüdo Federasiyası Rusiya prezidenti Vladimir Putinə cüdo üzrə 8-ci dan qara kəmərə layiq görüb.Federasiyanın prezidenti Marius Vizer bildirib ki, Vladimir Putin Rusiyanın prezidenti və Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti olaraq, ideal cüdo təmsilçisidir. "Bu cür rütbəli və nüfuzlu bir insanın bizim sıralarımızda olması federasiyamız üçün böyük şərəfdir", Marius Vizer belə deyib.
Qeyd edək ki, Vladimir Putin artıq 11 ildir cüdo ilə məşğul olur. İdmanın bu növündə ustalıq dərəcəsi 1-ci dandan 10-cu dana kimidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31