"Şəfa" stadionuna sertifikat verildi
11 Oktyabr 2012 16:53 İdmanFİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı "Şəfa" stadionuna təqdim edib.
"İnter" klubunun rəsmi saytının yazdığına görə, FİFA prezidenti Yozef Blatterin imzaladığı sertifikat arenaya 2 ulduzun verildiyini təsdiqləyir.
Sertifikat sentyabrın 17-dən qüvvəyə minir və 2013-cü il sentyabrın 16-dək qüvvədə olacaq.
Beləliklə, "İnter" avrokuboklara çıxdığı halda ev oyunlarını doğma stadionda keçirə biləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31