Berti Foqts 4 futbolçunu yığmadan qovdu
Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka Rusiya ilə matçda iştirak edə bilməyəcəklər
11 Oktyabr 2012 12:05 İdmanDÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqtsun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31