Avropada Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Avropada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Odlar Yurdu" diaspor qurumunun təşkil etdiyi turnirin Avropanın 4 ölkəsində - Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur. Yarışda sözügedən hər bir ölkədə yaşayan soydaşlarımız və əcnəbilərdən ibarət 8 komanda iştirak edəcək. Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31