Bakıda Beynəlxalq Olimpiya konfransı keçirilir
9 Oktyabr 2012 12:57 İdmanAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında "İdman ili"nə həsr olunmuş Beynəlxalq Olimpiya elmi konfransı keçirilib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İdman ilində, MOK-un 20 illik yubileyi ərəfəsində keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını bildirib. Almaniya İdman Universitetinin professoru Manfred Lammer "Qədim Olimpiya oyunları və müasir Olimpiya ideyaları" mövzusunda məruzə edib. Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31