Mayk Tayson əməliyyat olundu

“Peşə zədələrinin nəticələrindən xilas olmaq lazım idi”

Superağır çəkidə boks üzrə keçmiş dünya çempionu Mayk Tayson boynundan əməliyyat olunub. ANS PRESS-in məlumatına görə, məşhur boksçu bu barədə özünün Twitter səhifəsində yazıb.
"Bu, adi əməliyyatdır. Peşə zədələrinin nəticələrindən xilas olmaq lazım idi. Mən üç həftə qoruyucu karkasla gəzməli olacam", - Mayk Teyson deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31