Elə atanın belə qızı olar - Tamara
“Formula 1”in varisinin milyardlıq şıltaqlığı
8 Oktyabr 2012 16:36 İdman"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 5 milyard dollar sərvəti ilə dünyanın ən zəngin iş adamlarından olan "Formula 1"in sahibi Bernie Eklestonun qızı Tamara Ekleston Türkiyəyə səfər edəcək.
Məşhur milyarderin maniken qızı Atıl Kutoğlunun moda dəfiləsi üçün oktyabrın 9-da İstanbula gələcək.
Tamara Eklestonu İstanbul səyahətində 6 mühafizəçisi müşayiət edəcək. Bu mühafizəçilərdən ikisinin bir gün öncə Türkiyəyə gələrək təhlükəsizlik üçün hazırlıq tədbirləri görəcəyi bildirilir.
Maniken İstanbuldakı "Swiss Otel"in kral dairəsində qalacaq. Bunun üçün hotelin bir mərtəbəsinin təmamilə qapadılacağı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31