Messi tarixə düşdü
Argentinalı futbolçu "Nou Kamp" stadionunda 100 qolluq həddi keçmiş ilk oyunçu olub
8 Oktyabr 2012 20:08 İdman"Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi "Nou Kamp" stadionunda vurduğu qolların sayına görə rekordçu olub. ANS PRESS-in məlumatına görə, Messi "Barselona"nın tarixində "Nou Kamp" stadionunda 100 qol həddini aşan ilk futbolçu olub.
Lionel Messi İspaniya çempionatının son turunda "Real"a qarşı keçirilən və 2-2 hesabı ilə bitən matçda 100-cü qoluna imza atıb. Bundan başqa Lionel Messi "Real"la qarşılaşmada 2 qol vuraraq "El-classiko"da 17 qola imza atmış olub.
İndi Lionel Messi "Barselona"-"Real" matçında daha bir qola imza atmaqla əfsanəvi Alfredo Di Stefanonun rekordunu yeniləmiş olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31