Baş nazirin zəngi məşhur futbolçunu şok etdi
8 Oktyabr 2012 13:23 İdman"Fənərbaxça"' futbol klubu ilə yollarını ayıran brazilyalı futbolçu Aleks mobil telefonuna gələn zəngdən şoka düşüb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur futbolçuya zəng edən baş nazir Rəcəb Tayyib Ərdoğan qəbul etdiyi qərara sayğı ilə yanaşdığını söyləyib. Baş nazir eyni zamanda Aleksə Türkiyədə qalmağı tövsiyyə edib: "Böyük işlər gördün.. İllərdir "Fənərbaxça" üçün çalışdın. Fəqət Türkiyədə qalsaydın yaxşı olardı". Məşhur futbolçu isə baş nazirə cavabında "Dəstəyiniz üçün təşəkkür edirəm. Lakin burada qalsam hər addımım təqib ediləcək və mənim üzərimdən "Fənərbaxça"ya zərər verilər". deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31