Azərbaycan UEFA reytinqində 30-cu pillədə qərarlaşdı
Beynəlxalq Futbol Qurumu “Fair Play” reytinq cədvəlini açıqlayıb
8 May 2012 14:04 İdmanAzərbaycan UEFA-nın 2011-ci ilin may ayının 1-dən, 2012-ci ilin aprelin 30-dək milli komanda və klub səviyyəsində iştirak etrdiyi turnirlərdə göstərdiyi "Fair Play" nəticəsinə görə, 30-cu pillədə qərarlaşıb. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmiz UEFA-nın "Fair Play" reytinqində 7.829 xal toplayıb. "Fair Play" in reytinq cədvəlinin zirvəsində isə Norveç, Finlandiya və Hollandiya qərarlaşıb.
Reytinq siyahısına UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ən azı 35 oyun keçirmiş ölkələrin adları daxil edilib. Reytinq siyahısında milli çempionatlar komandaların göstərdiyi gözəl futbol, rəqibə və hakimlərə qarşı alicənab davranış, eləcə də klub futbolçularının aldıqları sarı, qırmızı vərəqələrin sayı ilə ölçülür.
Xatırladaq ki, "Fair Play" reytinq siyahısında ilk üç yeri tutacaq ölkələrə Avropa Liqasında iştiraka haqq verən əlavə üç vəsiqə təqdim olunur.